ABŞ-İran münaqişəsinin həlli ilə bağlı danışıqların növbəti mərhələsi iyunun əvvəlində baş tuta bilər.

"Unikal" xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" mənbələrə istinadən məlumat yayıb.

Bu mənbələrə görə, görüş Həcc mövsümü başa çatdıqdan sonra İslamabadda baş tuta bilər. 2026-cı ildə əsas ziyarət mərasimləri 25-29 may tarixləri arasında keçirilir. Mənbələr həmçinin iddia edirlər ki, hazırda Vaşinqton və Tehran arasında yekun razılaşma üzərində iş gedir.

Bundan əlavə, Pakistan Ordusunun Baş Qərargah rəisi Asim Munirin "yekun razılaşmanı" təqdim etmək üçün gələn cümə günü İrana gələcəyi bildirilir.