İsrailin milli təhlükəsizlik naziri Itamar Ben-Gvir Qəzza blokadasını yarmağa çalışan fəallarla bağlı paylaşdığı videolardan sonra sərt reaksiyalarla üzləşib.
“Unikal” xarici mediaya istinadən xəbər verir ki, hadisə həm İsrail daxilində, həm də beynəlxalq ictimaiyyətdə narazılıq doğurub.
İsrailin Baş naziri Benjamin Netanyahu açıqlamasında bildirib ki, İsrailin HƏMAS tərəfdarlarının təxribat xarakterli flotiliyalarının qarşısını almaq hüququ var. Bununla belə, o, Ben-Qvirin saxlanılan fəallarla davranışının İsrailin dəyərlərinə və qəbul olunmuş normalara uyğun olmadığını vurğulayıb.
Ben-Qvirin yaydığı videolarda onun saxlanılan şəxslərin yerləşdirildiyi ərazidə gəzdiyi görünür. Kadrlarda əlləri arxadan bağlanmış bəzi fəalların diz çökərək başlarını yerə əydiyi əks olunub.
Nazir videoda əlində İsrail bayrağı ilə “İsrailə xoş gəlmisiniz, burada ev sahibi bizik” ifadəsini işlədib.
Kadrlardan birində qandallı fəallardan biri “Azad Fələstin” şüarı səsləndirir. Bundan dərhal sonra təhlükəsizlik qüvvələri həmin şəxsi yerə yıxır.



























.jpg)




.jpeg)





















