Ermitajda bir ziyarətçi qırmızı lent baryerini pozub və Müqəddəs Georgi Zalındakı Böyük İmperator Taxtında oturub.
"Unikal" xəbər verir ki, o, aqressiv reaksiya verib və çağırılan Milli Qvardiya zabitlərinə müqavimət göstərməyə çalışıb. Həmin şəxs saxlanılıb.
Həbs zamanı kişidən ayaqqabısında gizlədilmiş kiçik bir tanto bıçağı müsadirə edilib.
Dövlət Ermitaj Muzeyi ziyarətçi ilə baş verən hadisəni silahlı təxribat kimi qiymətləndirib.
"Beynəlxalq Muzey Günü ərəfəsində, sərbəst giriş günündə Ermitajda silahlı təxribatın qarşısı alınıb. Cinayətkar saxlanılaraq 78-ci polis bölməsinə aparılıb. Həbs zamanı ondan ayaqqabısında gizlədilmiş kiçik bir tanto bıçağı (qısa samuray qılıncı üslubunda bıçaq - red.) müsadirə edilib", - deyə açıqlamada bildirilir.
Ermitajın məlumatına görə, kişi taxtda oturarkən muzeyin məzmununu açıqlamadığı bir mətn oxuyub. Həbs zamanı qalan ziyarətçilər protokola uyğun olaraq zaldan çıxarılıblar. Hadisə nəticəsində heç kim xəsarət almayıb.




















.jpg)































.jpg)




