İran prezidenti Məsud Pezeşkian və Pakistanın daxili işlər naziri Möhsin Nəqvi 90 dəqiqə davam edən görüş keçiriblər.
"Unikal" xəbər verir ki, bu barədə Pakistanın Tehrandakı səfirliyi məlumat yayıb.
"Dünən Tehrana gələn Pakistanın daxili işlər naziri Möhsin Nəqvi İran prezident sarayında təxminən üç saat keçirib. Görüşdə İranın daxili işlər naziri İskəndər Momeni və xarici işlər naziri Seyid Abbas Əraqçi də iştirak ediblər", - deyə Pakistan səfirliyinin açıqlamasında bildirilir.
Pezeşkian görüş zamanı İslam ölkələrinin dini, mədəni və strateji ortaqlıqlarını inkişaf etdirərək birlik və yaxınlaşma istiqamətində irəliləməli olduqlarını vurğulayıb.
Qarşılıqlı maraqlara uyğun olaraq ikitərəfli əməkdaşlığın davam etdirilməsinin və dərinləşdirilməsinin vacibliyini vurğulayan Pezeşkian, İslam ölkələrinin nə qədər sıx birləşərsə, hegemon güclərin müdaxiləsi və təcavüzünə məruz qalma ehtimalının bir o qədər az olduğunu vurğulayıb.
O, İranın qonşuları, xüsusən də Fars körfəzi ölkələri ilə dostluq münasibətlərinin inkişaf etdirilməsində prinsipial mövqeyini qoruduğunu bildirib və ABŞ və sionist rejiminin həmişə İslam ölkələrini bölücü layihələr vasitəsilə bir-birinə qarşı qoymağa və inamsızlıq yaratmağa çalışdığını izah edib.
İran prezidenti İslam dünyasının ən böyük ölkələrinin regional əməkdaşlığı və qarşılıqlı fəaliyyəti gücləndirməklə regionda davamlı sülh, təhlükəsizlik və sabitliyin yolunu açmasına kömək etmələrinin vacibliyini vurğulayıb.
ABŞ və İsrailin "ölkənin şimal-qərb və cənub-şərq bölgələrindən silahlı terrorçu elementlərə nüfuz etmək" planlarına toxunan Pezeşkian qonşular arasında əməkdaşlığın onların ərazilərindən İslam Respublikasına qarşı hər hansı bir sui-istifadənin qarşısını alacağını söyləyib.



















.jpg)































.jpg)





