"Şəhərlərin gələcəyi yalnız konfrans otaqlarında həll olunmayacaq".
"Unikal" xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini Fərhad Hacıyev WUF13 çərçivəsində baş tutan "Uşaqlar və Gənclər Assemblyası"nda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda gənclər inkişaf prosesinin sadəcə müşahidəçiləri kimi deyil, onun formalaşmasında tərəfdaş kimi görülür: "Daha vacibi odur ki, gənclər bizim qurduğumuz şəhərləri qəbul edəcəklər, yoxsa onların formalaşmasında fəal iştirak edəcəklər? Şəhərlərin gələcəyi yalnız konfrans otaqlarında həll olunmayacaq. Bu gələcəyi həm də hazırda şəhərlərdə böyüyən nəsillər müəyyən edəcək".
Ağarza Elçinoğlu











.jpg)






















.jpg)




















