Xəbər verdiyimiz kimi, Yavər Abbasov Qarabağ Regional DOST Mərkəzinin direktoru təyin edilib.
"Unikal"ın məlumatına görə, Y.Abbasov bu ilin avqust ayında Qarabağ Regional DOST Mərkəzinin direktor müavini təyin edilmişdi.
Qeyd edək ki, Yavər Abbasov 1991-ci ildə Şərur rayonunda anadan olub. Naxçıvan Dövlət Universitetinin “Sosial iş” ixtisasını bitirib. Əmək fəaliyyətinə 2016-cı ildə Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində aparıcı vəzifəsi ilə başlayıb.
2018-2024-cü illərdə Naxçıvan MR-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ildən Muxtar Respublikanın Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edib.
2025-ci ilin oktyabr ayından 2026-cı ilin may ayına qədər Naxçıvan Regional DOST Mərkəzinin direktoru olub. Daha sonra 1 saylı Bakı DOST Mərkəzində direktor müavini vəzifəsində çalışıb.
Seymur Əli


































.jpeg)









