Azərbaycan Texniki Universitetinin (AzTU) Mexanika və maşın dizaynı kafedrasının baş müəllimi Bəhruz Cəbrayılov Türkiyənin Tekirdağ şəhərində keçirilən Beynəlxalq iştiraklı XI Türkiyə Üzümçülük və Texnologiyaları Simpoziumunda iştirak edib.

"Unikal" xəbər verir ki, Bəhruz Cəbrayılov simpoziumda “Production of Functional Cocktails” mövzusunda elmi məruzə ilə çıxış edib. Məruzədə funksional kokteyllərin hazırlanmasında müxtəlif yabanı meyvə xammallarından istifadə imkanları, onların bioaktiv birləşmələri və qida dəyəri, eləcə də funksional qida məhsullarının istehsalında tətbiq perspektivləri diqqətə çatdırılıb.

Proqram çərçivəsində Tekirdağ bölgəsində üzüm bağlarına və istehsal müəssisələrinə səfərlər həyata keçirilib. İştirakçılar üzüm sortlarının xüsusiyyətləri, üzüm tənəklərinin becərilməsi, aqrotexniki qulluq tədbirləri, üzüm xammalının emalı və müəssisələrdə tətbiq olunan istehsal texnologiyaları ilə tanış olublar.

Səfər zamanı əldə olunan bilik və təcrübənin gələcək elmi-tədqiqat işlərində və tədris prosesində tətbiqi, həmçinin funksional qida məhsullarının hazırlanması üzrə araşdırmaların genişləndirilməsi nəzərdə tutulur.