Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası (AƏSMA) ilə birgə “Həmkarlar ittifaqlarının fəaliyyətində süni intellektin tətbiqi” mövzusunda təlimə start verib.
"Unikal" xəbər verir ki, təlim AƏSMA-da keçirilir.
Təlimin məqsədi həmkarlar ittifaqları işçilərinin süni intellekt texnologiyaları üzrə bilik və bacarıqlarını artırmaq, bu texnologiyalardan gündəlik fəaliyyətdə səmərəli istifadəyə dair praktiki yanaşmalar təqdim etməkdir. Tədbir çərçivəsində kargüzarlıq sənədlərinin hazırlanması, üzvlərin müraciətlərinin işlənməsi, məlumatların təhlili və informasiya işinin təşkili kimi istiqamətlər əhatə olunur.



.jpeg)






.jpg)


































