Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sülh sazişinin imzalanması və ratifikasiyasından sonra sülhün necə olacağı barədə fikirlərini açıqlayıb.
"Unikal" xəbər verir ki, onun sözlərinə görə, Ermənistan 29 743 kvadratkilometr əraziyə malik olmalıdır:
"Almata Bəyannaməsinə əsaslanan sərhədlərin delimitasiyası və demarkasiyası prosesi məhz bu məntiqə uyğun aparılmalıdır.
Anklav və eksklav məsələsi aşağıdakı düstur əsasında həll edilməlidir: sərhədin heç bir tərəfində anklav və ya eksklav olmamalıdır. Başqa sözlə, iki ölkə — Ermənistan və Azərbaycan — bərabər və dəqiq ölçülərə malik ərazilərin mübadiləsini həyata keçirməlidir.
Bütün yollar və kommunikasiya xətləri TRIPP layihəsi çərçivəsində, lakin təkcə bu çərçivə ilə məhdudlaşmayaraq açıq olmalıdır. Bütün kommunikasiya xətləri fəaliyyət göstərməli və açıq qalmalıdır. Bura Ermənistanı Azərbaycan ərazisindən keçməklə Ermənistana, Azərbaycanı isə Ermənistan ərazisindən keçməklə Azərbaycana birləşdirmək məntiqi ilə işləyən yollar da daxildir", - deyə o bildirib.
Baş nazir qeyd edib ki, Ermənistan və Azərbaycan bir-birinə qarşı iddialar irəli sürməməlidir: "Onlar heç bir tələb irəli sürməməli və bütün məsələlərdə, hər baxımdan bir-birinə qarşı iddialardan çəkinməlidirlər. Heç bir tələb, o cümlədən 'Qarabağ, Qardman, Şirvan, Naxçıvan' və ya 'Qərbi Azərbaycan' məntiqinə əsaslanan iddialar olmamalıdır".
Paşinyan belə bir sülhün formalaşdırılması üçün real imkanın olub-olmadığı sualını qaldırıb: "Türkmənistanda Azərbaycan Prezidenti ilə təmaslarım əsasında belə bir ilkin təəssürat yaranıb ki, bizdə sülhü məhz bu şəkildə formalaşdırmaq imkanı var. Və yaxın gələcəkdə biz həmin imkanı reallaşdırmaq, onu gerçəyə çevirmək üzərində işləyəcəyik".
Ağarza Elçinoğlu














.jpeg)






.jpg)
























