Rusiyada vətəndaşlıq hüququndan məhrum edilməsi istənilən azərbaycanlı qadın məhkəmədə qalib olub.
"Unikal" xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyi Raya Məmmədovanı Rusiya vətəndaşlığından məhrum etmək istəyib.
Buna isə qadının oğlunun uşaqlarla mübahisəyə cəlb olunması və orada rusların "təhqir edilməsi" səbəb olub. Belə ki Surqut sakini Raya Məmmədova qonşulardan birinin uşaqların lifti korladığını çəkib bina çatına göndərməsindən sonra mübahisəyə qoşulub. Uşaqların arasında onun oğlu da olub. Nəticədə qadın “rusları təhqir etmək” ittihamı ilə 3 il şərti cəzaya məhkum edilib. Onu milli əlamətə görə nifrət oyatmaq və insan ləyaqətini alçaltmaq maddəsi ilə mühakimə ediblər.
Rusiya Daxili İşlər Nazirliyi onun vətəndaşlığını ləğv etmək istəyib. Lakin Raya Məmmədova uşaqlıqdan bu ölkədə yaşayıb. O, Azərbaycanda doğulsa da, Rusiya vətəndaşlığını hələ uşaq ikən alıb. Qadın məhkəməyə müraciət edib və sübut edib ki, vətəndaşlıq ona uşaq yaşlarında verilib, ərizəni isə onun adından atası təqdim edib.
Özü heç nə imzalamayıb, and içməyib və dövlətə şəxsən heç nə vəd etməyib.
Xantı-Mansiysk Rayon Məhkəməsi Daxili İşlər Nazirliyinin qərarını qanunsuz sayıb və qərara alıb ki, qadın özü and içmədiyinə görə onu poza da bilməzdi.





























.jpg)






















.jpg)


