Gələn tədris ilindən etibarən İsraildə orta məktəblərdə mobil telefonların istifadəsi qadağan ediləcək.

"Unikal" xəbər verir ki, bu barədə İsrail Təhsil Nazirliyi fevral ayından bəri qüvvədə olan ibtidai məktəblərdəki qadağaya əlavə olaraq qərar qəbul edib. 

Bu qadağa o deməkdir ki, şagirdlərə məktəb ərazisində mobil telefonlarından heç bir yerdə istifadə etməyə icazə verilməyəcək və onlar ya telefonlarını söndürməli, yalnız özlərində saxlamalı, ya da məktəbə təhlükəsiz şəkildə təhvil verməli olacaqlar.

Nazirlik bildirib ki, qadağanın sentyabr ayından başlayaraq tədricən tətbiq olunacağı və məqsədi "sosial əlaqələri gücləndirmək, diqqəti yayındıran amilləri azaltmaq və şagirdlərin təhsillərinə diqqətini artırmaq" olacaq.

Bu qərar İsraili son illərdə məktəblərdə mobil telefonları qadağan edən getdikcə artan ölkələr sırasına daxil edir.