Gəncədə üç nəfərin bıçaqlanması ilə nəticələnən hadisə baş verib.
“Unikal”ın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində, Kəlbəcər sakinlərinin yaşadığı yaşayış massivində qeydə alınıb.
Belə ki, Kəlbəcər rayon sakinləri — 1990-cı il təvəllüdlü G.Abbasova, onun övladları 2008-ci il təvəllüdlü İ.Abbaslı və 2011-ci il təvəllüdlü H.Abbaslı müxtəlif bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Yaralılara dərhal tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Belə ki, ailə başçısı H.Abbaslının həyat yoldaşına və iki övladına bıçaqla xəsarət yetirdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
















.jpg)






















.jpg)















