"Hazırda təxminən 3 milyard insan qeyri-kafi mənzil şəraitində yaşayır".
"Unikal" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13 çərçivəsində keçirilən "İcma Birlikləri və Vətəndaş Cəmiyyəti Təşkilatları Assambleyası: Açılış sessiyası" adlı panel müzakirədə deyib.
Rossbax qeyd edib ki, dünyada mənzil böhranı və şəhər bərabərsizliyi dövrümüzün ən mühüm urbanizasiya problemlərindən birinə çevrilib: "1 milyarddan çox insan qeyri-formal yaşayış məntəqələrində məskunlaşıb, yüz milyonlarla insan isə evsizlik problemi ilə üzləşir".
UN-Habitat rəhbəri vurğulayıb ki, şəhərlər eyni zamanda iqlim dəyişiklikləri, məcburi köç, torpaq qiymətlərinin artması və sosial bərabərsizliyin dərinləşməsi kimi ciddi təzyiqlərlə qarşı-qarşıyadır: "Torpaq və mənzil yalnız kommersiya predmeti kimi qiymətləndirilə bilməz. Onların sosial və ekoloji funksiyası var və onlar ictimai rifaha xidmət etməlidir".
O, vurğulayıb ki, əsas çağırış artıq strategiyaların hazırlanması deyil, onların praktik icrasıdır.
Ağarza Elçinoğlu










.jpg)





















.jpg)






















