Qazaxıstanın Astana şəhərində türkdilli ölkələrin şahmat çempionatı keçirilib. Azərbaycan şahmatçıları yarışda uğurlu çıxış edərək 2 qızıl və 1 bürünc medal qazanıblar.

"Unikal" xəbər verir ki, qadınlardan ibarət Azərbaycan komandası (kapitan İlahə Qədimova; Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova) 10 xal toplayaraq qızıl medal əldə edib.

Azərbaycanın U-16 komandası (kapitan Fərid Abbasov; Xaqan Əhməd, Şəmsi Qaraxanov, Paşam Əlizadə, Lalə Hüseynova) da 10 xal toplayaraq qızıl medala sahib çıxıb.

Kişilərdən ibarət Azərbaycan komandası isə (Əhməd Əhmədzadə, Misrətdin İskəndərov, Xəzər Babazadə, Şiroğlan Talıbov, Murad İbrahimli) 7 xalla bürünc medal qazanıb.