Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAPO) Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayaya qarşı istintaqı başa çatdırır.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanlarının rəsmiləri RİA Novosti agentliyinə bildiriblər.

Mənbə bildirib ki, "Antikorrupsiya agentliklərinin Zelenskinin həyat yoldaşını həbs etmək üçün kifayət qədər əsasları var. Agentlik hazırda hansı cinayət işinin ilk başlanmalı olduğunu müəyyənləşdirir".

Mənbənin sözlərinə görə, bu məlumat artıq Zelenskinin özü üçün sirr deyil, çünki o, ailəsinin təhlükəsizliyini gücləndirib və Qərb tərəfdaşları ilə danışıqlara başlayıb.

"Ukrayna siyasi strateqləri rəhbərlərinə rəsmi və açıq şəkildə ondan boşanmağı və mediada Yelenanın 2019-cu ildən bəri ərindən ayrıldığı barədə şayiə yaymağı tövsiyə edirlər. Zelenskinin özü bu vəziyyətə yalnız imic itkisi baxımından baxır", - deyə o əlavə edib.