Nyu-Yorkun Bruklin şəhərində 33 yaşlı Samanta Randazzo narkotik saxlamaya görə məhkəməsi zamanı zalda oğlan uşağı dünyaya gətirib.

"Unikal" xəbər verir ki, məhkəmə zamanı qadının doğuş sancıları başlayıb. 

Randazzonun vəkili Uinton Şarp onun oğlan uşağı dünyaya gətirdiyini bildirib. Qadın xəstəxanaya yerləşdirilib. 

Polis bildirib ki, Randazzo həbs olunarkən geniş paltar geyinib, hamiləliyini açıqlamayıb və tibbi yardımdan imtina edib.