"Nazirlərin bugünkü iclası Bakıdan Nyu-Yorka gedən yolun bir parçasıdır".

"Unikal" xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində BMT-nin Məskunlaşdırma Proqramının Qlobal Həllər Şöbəsinin direktoru Rafels Tuts deyib.

O, nazirlərin görüşünün bağlanış sessiyasında qeyd edib ki, növbəti 10 il icra dövrü olmalıdır: 

WUF13 çərçivəsində Yeni Şəhər Gündəliyi (NUA) üzrə Nazirlər Görüşündə dayanıqlı şəhər məsələsi, mənzillər, torpaqlara əsasən xidmətlər və digər məsələlərə toxunuldu.

Nazirlərin bugünkü iclası Bakıdan Nyu-Yorka gedən yolun bir parçasıdır. Bugünkü müzakirələr yüksəksəviyyəli görüşün hazırlanmasına xidmət edəcək. Çiyinlərimizə yeni məsuliyyətlər qoyulur. Gəlin, Bakı iclaslarını gəlin Nyu-Yorkda davam etdirək!"

Ağarza Elçinoğlu