Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Ağakərim Ağasəməd oğlu Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub.
Bu barədə "Unikal"a ETSN-nin Mətbuat xidmətindən məlumat verilib.
Ağakərim Səmədzadə bu gün nazirliyin kollektivinə təqdim edilib.
O, bu təyinata qədər ədliyyə və iqtisadiyyat sahələrində fəaliyyət göstərib.





















































