"Çin ABŞ üçün əsas geosiyasi problemdir".

"Unikal" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio "Fox News"a verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, ABŞ geosiyasi rəqabətə baxmayaraq dünyada sabitliyi qorumaq üçün Çinlə münasibətlərində tarazlıq tapmalı və onunla sağlam münasibətlər saxlamalıdır.

"Çin həm ən böyük geosiyasi çətinliyimizi, həm də qorunub saxlanılması vacib olan münasibətlərimizi təmsil edir. Bizim maraqlarımız onların maraqları ilə ziddiyyət təşkil edəcək. Müharibədən qaçmaq və dünyada sülhü və sabitliyi qorumaq üçün bu münaqişələri idarə etməliyik", - deyə o, ifadə edib. 

Gülayə Mecid