Amerikalı aktyor Cek Teylor 100-cü yaşında İspaniyada vəfat edib.

"Unikal"xəbər verir ki, bu barədə "The Hollywood Reporter" məlumat yayıb.

Aktyor 60 ildən çoxdur İspaniyada yaşayırdı.

Cek Teylor qorxu və fentezi filmlərindəki rolları ilə məşhurlaşıb və bir çox tanınmış rejissorla çalışıb. O, Kristofer Linin baş rolda oynadığı “Qraf Drakula” (1970), “Konan-varvar” (1982), Roman Polanskinin “Doqquzuncu qapı” (1999), Ridli Skottun “1492: Cənnətin fəthi” (1992) və Miloş Formanın “Qoyanın xəyalları” (2006) filmlərində rol alıb.

Aktyorun son filmi “Sərbəst bufet” 2025-ci ildə ekranlara çıxıb. O, yaxınlarda “Mənim 100 ilim kinoda” adlı xatirələr kitabını da nəşr etdirib.