ABŞ prezidenti Donald Tramp ölümü halında vitse-prezident Cey Di Vensə təlimatlar qoyub.
"Unikal" xəbər verir ki, Ağ Evin terrorizmlə mübarizə rəhbəri Sebastian Qorka "New York Post" qəzetinə verdiyi açıqlamada bildirib ki, vitse-prezident Vensə yazılmış məktub Oval ofisdəki siyirmədə saxlanılır.
Onun sözlərinə görə, Çin kimi bir rəqib prezidenti "devirməyə" cəhd edərsə, administrasiyanın aydın varislik protokolları var.
"İnanın mənə, bizim protokollarımız var. Müzakirə edə biləcəyim protokollar yoxdur, amma protokollarımız var", Qorka əlavə edib.
O, həmçinin şəxsən Trampa qarşı sui-qəsd cəhdindən qorxmadığını vurğulayıb:
"Tramp prezidentliyi dövründə bir neçə dəfə hücuma məruz qalıb. Ən son belə hadisə aprel ayında Hilton Otelində mətbuat qəbulu zamanı baş verib. Prezident xəsarət almayıb".














-fill_size=2560x1600-focal_point=1298x447-focal_size=224x279-fill_size=2560x1600-focal_point=1298x447-focal_size=224x279.jpg)












.jpg)









.jpg)















.jpg)



