Rusiya ordusu Kiyevə qarşı kütləvi raket hücumu həyata keçirib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hücum nəticəsində Ukrayna Silahlı Qüvvələrinin (USQ) istifadə etdiyi obyektlərə ciddi ziyan dəyib. Qeyd ounur ki, paytaxt şəhərdə yanacaqdoldurma məntəqəsinə də raket düşüb.
Bununla yanaşı, Kiyev meri Vitali Kliçko şəhərə kütləvi hücumla bağlı xəbərdarlıq edib. O bildirib ki, ballistik raketlərlə yanaşı, dronlar da paytaxta zərbələr endirib. Hadisə nəticəsində itkilər var.




















































