Dünyanın ilk milyarder futbolçusu Kriştiano Ronaldo biznes portfelinə daha bir investisiya əlavə edib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Ronaldonun Braziliyada yerləşən CazéTV ilə əlaqəli beynəlxalq yayım platforması olan LiveModeTV-nin səhmlərini aldığı açıqlanıb. Portuqaliyalı ulduzun, xüsusən də 2026-cı il Dünya Kubokundan əvvəl rəqəmsal idman yayımı sektorunda böyüməyi hədəflədiyi bildirilir.

Qeyd edək ki, LiveModeTV-nin 2026-cı il FIFA Dünya Kuboku üçün pulsuz rəqəmsal yayım hüquqlarını təmin etmək üzərində işləyir. Şirkətin, xüsusən də Braziliya xaricindəki bazarlara genişlənməyə böyük sərmayə qoyduğu deyilir.

Kriştiano Ronaldonun ümumi sərvətinin təxminən 1,4 milyard dollar olduğu təxmin edilir. CR7 brendi, hotelləri, idman zalları və media investisiyaları ilə biznes dünyasında böyüməyə davam edən Ronaldonun gələcəkdə futbol klubu almağı da planlaşdırdığı bildirilir.

Gülayə Mecid