"Səhər içilən bir fincan kofe laborator analizlərinin nəticələrinə təsir göstərə bilər".

"Unikal" xəbər verir ki, bunu Ankara Klinikasının həkim-laborantı Fatma Kəngərli deyib. 

Onun sözlərinə görə, kofein maddələr mübadiləsinə təsir göstərərək bəzi qan göstəricilərində dəyişiklik yarada bilər. Bu isə analiz nəticələrinin dəqiqliyini azalda və yanlış qiymətləndirməyə səbəb ola bilər.

"Bəzi insanlar analizdən əvvəl yalnız su qəbulunun problem yaratmadığını düşünsə də, kofe və digər kofeinli içkilər nəticələrə təsir edə bilir. Dəqiq nəticə üçün analizdən əvvəl kofe qəbul edilməməsi tövsiyə olunur", - deyə Fatma Kəngərli bildirib.

Mütəxəssislər vətəndaşları analiz qaydalarına düzgün əməl etməyə və sağlamlıqlarını riskə atmamağa çağırır.