Mərakeşin ən böyük narkobaronlarından biri və beynəlxalq axtarışda olan Məhəmməd Bulaxrif Türkiyədə saxlanılıb. 

"Unikal" xəbər verir ki, o, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul Narkotiklərlə Mübarizə qrupları tərəfindən Şişlidə keçirilən əməliyyatda nəzarətə götürülüb. 

Qeyd olunur ki, şübhəli hazırda polis bölməsində dindirilir.

Gülayə Mecid