Latviya hökumətinin başçısı Evika Silinya istefa verdiyini elan edib. O, bununla bağlı bəyanatı xüsusi təşkil edilən mətbuat konfransında verib.

"Unikal" xəbər verir ki, bu barədə Latviyanın milli teleradio şirkəti LSM-in portalında məlumat verilib.

Latviyada davam edən hökumət böhranı mayın 7-də bu ölkənin hava məkanına bir neçə dronun daxil olmasından sonra müdafiə naziri Andris Sprudsun istefa verməsindən sonra başlayıb. Həmin dronlardan biri ölkənin ərazisindəki neft anbarlarından birinə düşmüşdü.

Müdafiə nazirinin istefası Evika Silinyanı dəstəkləyən siyasi partiyaların hərəkətə keçməsinə səbəb olub. Onlar bəyan ediblər ki, Baş nazirə daha etimad göstərmirlər.