Futbol üzrə İtaliya Kubokunun qalibi bəlli olub.
"Unikal" xəbər verir ki, finalda "Latsio"nu 2 cavabsız qolla məğlub edən "İnter" titula sahib çıxıb.
Matçda hər iki qol ilk hissədə vurulub. Əvvəlcə 14-cü dəqiqədə Adam Maruşiç avtoqol müəllifi olub. 35-ci dəqiqədə isə Lisandro Martines fərqlənib.
Beləliklə, ölkə çempionu "İnter" kuboka da sahib çıxmaqla "qızıl dubl" edib.





















































