"Rusiya prezidenti Vladimir Putinin Çinə dövlət səfərinin tarixləri tezliklə açıqlanacaq". 

"Unikal" xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov brifinqdə bildirib. 

O, Putinin Çinə səfərinin vaxtının dəqiqləşdirilib-dəqiqləşdirilmədiyi sualına  belə cavab verib:

"Tezliklə elan verəcəyik. Səfərə hazırlıqlar başa çatmaq üzrədir. Bu, çox tezliklə baş tutacaq".

Gülayə Mecid