Avtomobil bazarında aktivlik əvvəlki formada deyil. Rəsmi statistika da göstərir ki, bu il ölkəyə gətirilən avtomobillərin sayında azalma var.

"Unikal" Xəzər Tv-yə istinadən xəbər verir ki, ötən il Azərbaycana 123 mindən çox avtomobil idxal edilib. Bu ilin ilk açıqlanan göstəricilərində isə idxalın ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üçdəbir azaldığı görünür. Bu azalma daha çox bazarın istiqamət dəyişməsi ilə izah olunur.

Yeni şərtlər bazarda alıcı davranışını da dəyişib. Əvvəl güzəştli hibrid avtomobillər daha çox diqqət çəkirdisə, indi alıcıların bir hissəsi qiymət baxımından daha əlçatan maşınlara üstünlük verir. Bu səbəbdən ikinci əl avtomobillərə maraq artır.

Sahibkarlar da əvvəlki kimi yalnız Çin bazarına fokuslanmırlar. Amerika hərracları, Cənubi Koreya və Avropa bazarları yenidən daha aktiv istiqamətə çevrilir.

 Mütəxəssislərin fikrincə, bu proses avtomobil bazarının kiçilməsi yox, yenidən formalaşması kimi qiymətləndirilməlidir.