Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Başkent Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüşdə hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsi, xüsusilə Təlim Mərkəzləri arasında birgə fəaliyyət imkanları müzakirə olunub.
Tədbir çərçivəsində Akademiyanın Təlim Mərkəzinin fəaliyyəti təqdim edilib, əmək bazarına inteqrasiya, yumşaq bacarıqlar, karyera inkişafı, rəqəmsal bacarıqlar və süni intellekt, akademik heyətin inkişafı, eləcə də əməyin mühafizəsi istiqamətlərində birgə təlimlərin təşkili ilə bağlı təkliflər irəli sürülüb.
Tərəflər həmçinin beynəlxalq konfranslar, akademik mübadilə və birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.




.jpg)








.jpg)









.jpg)















.jpg)

















