Mayın 28-də İrəvanın Respublika Meydanında keçiriləcək paraddan sonra insanların görə bilməsi üçün hərbi texnika bütün gün ərzində Tiqran Mets prospektində düzüləcək.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan seçicilərlə görüşündə bildirib.
O əlavə edib ki, bu gün Ermənistanın yeni silahlara və yeni məntiqə malik ordusu var. Paşinyan vətəndaşları 28 mayda Respublika Meydanına getməyə və hər şeyi öz gözləri ilə görməyə çağırıb. Hakim partiyanın lideri hakimiyyətin ən böyük nailiyyətinin sülhün bərqərar olması olduğunu bir daha təsdiqləyib. Onun sözlərinə görə, düşməni "üçbaşlı müharibə partiyası"dır: "2018-ci ildə üçbaşlı müharibə partiyasının 23 başı var idi. Biz bura həmin 23 başı bir-bir kəsərək gəldik və 3 baş qalıb və qarşıdan gələn seçkilərdə bu üç başı birlikdə kəsməliyik".
Ağarza Elçinoğlu










.jpg)
























.jpeg)



















