“Neftçi”nin qızlardan ibarət futbol komandası ardıcıl üçüncü dəfə Azərbaycan çempionu olub.

"Unikal" xəbər verir ki, Siyasət Əsgərovun başçılıq etdiyi komanda Yüksək Qızlar Liqasında sona 2 tur qalmış “Sumqayıt” üzərində 6:0 hesablı səfər qələbəsi qazanmaqla çempionluğu rəsmiləşdirib.

Bununla da “ağ-qaralar” növbəti dəfə qadınlar arasında keçirilən UEFA Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb.