ABŞ Dövlət katibi Marko Rubio Prezident Donald Trampla birlikdə Pekinə səfər edib. 

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, səfər zaman Rubio "Nike Tech" geyimində "Air Force One"da şəkil çəkdirib.

Onun fotosunu Ağ Evin kommunikasiya direktoru Stiven Çeunq sosial media hesabı "X"da paylaşıb. 

ABŞ dövlət katibinin geyimi Venesuela lideri Nikolas Maduronun yanvarın 3-də ABŞ xüsusi təyinatlıları tərəfindən Karakasda yaxalandığı zaman geyindiyi geyimlə birəbir eynidir. Onun bu geyimlə Çinə getməsi maraq doğurub. 

Qeyd edək ki, Rubio insan haqlarının müdafiəsinə görə Pekinin sanksiyaları altındadır. Buna baxmayaraq, o,  ABŞ prezidenti ilə birlikdə Pekindəki sammitdə iştirak edəcək.

Gülayə Mecid