Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampı Moskvaya dəvət edib və bu dəvət hələ də qüvvədə qalır.

"Unikal" xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov mayın 13-də bildirib.

"Şübhəsiz ki", - deyə o, jurnalistin bu barədə sualına cavab verib. 

Tramp bu il Rusiyaya səfər etməyi istisna etməyib. Lakin Amerika lideri bildirib ki, o və Putin hələ Donbas məsələsində ortaq bir anlaşmaya gələ bilməyiblər.

Ağarza Elçinoğlu