Paşinyan Rusiyanı alçaldıb və təhqir edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Kommunist Partiyasının lideri Gennadi Zyuqanov bildirib.
Plenar iclasda çıxış edən Zyuqanov bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvanda Avropa Siyasi Birliyinin sammiti zamanı etdiyi çıxışdan qəzəblənib: "İrəvandan gələn Qırmızı Meydanı atəşə tutmaqla bağlı təhdid səslərindən başqa hər şeyi təsəvvür edə bilirdim".
O, həmçinin Ermənistan hakimiyyətini Zelenski üçün platforma yaratdığına görə tənqid edib və Paşinyanın Moskvadakı qəbulunun dayandırılmasını tələb edib: "Sual yaranır: İrəvanda niyə buna icazə verirlər və Moskvada Paşinyanı niyə qəbul edirlər? Mən israr edirəm ki, bu şəxs ona necə səs vermələrindən asılı olmayaraq, bir daha paytaxtımızda görünməsin".
Ağarza Elçinoğlu















.jpg)
























.jpeg)














