FİFA prezidenti Canni İnfantino qarşıdan gələn dünya çempionatının bilet qiymətləri ilə bağlı yaranan narazılıqlara və tənqidlərə münasibət bildirib.
"Unikal" xəbər verir ki, “ESPN”in məlumatına görə, FİFA rəhbəri biletlərin baha olmasını ABŞ bazarındakı qiymətlərlə və ölkədəki güclü əyləncə sənayesi ilə əlaqələndirib. O bildirib ki, Amerikada hətta tələbə yarışlarının biletləri belə 300 dollardan ucuz olmur və dünya çempionatı kimi böyük turnir üçün bu qiymətlər normal hesab edilməlidir.
Qurum rəhbəri azarkeşləri ikinci dərəcəli bazardakı astronomik rəqəmlərə çox da önəm verməməyə çağırıb:
"Əgər kimsə final oyununa bileti 2 milyon dollara satışa çıxarırsa, bu, hələ o biletin həqiqətən həmin qiymətə olması və ya kiminsə onu mütləq alacağı mənasına gəlmir".
Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə təşkil olunacaq.











.jpg)















.jpg)

























.jpeg)


