Gəncədə yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində baş verib. Hərəktədə olan "Chevrolet" markalı minik maşını ilə moped toqquşub. Qəza zamanı mopedin sürücüsü - 2004-cü il təvəllüdlü N.Məmmədov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, hazırda onun vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov