Gədəbəyə dolu yağıb.
"Unikal"ın məlumatına görə, bu gün axşam saatlarında güclü yağışdan sonra rayon mərkəzinə və ucqar kəndlərə dolu düşüb. Dolunun yağması təxminən 10-15 dəqiqə davam edib.
Həmçinin, bu gün Şəmkir rayonunda ucqar dağ kəndlərinə də güclü yağışdan sonra dolu düşüb. Təbiət hadisəsi hər iki rayonda ciddi fəsad törətməyib, ümumilikdə dolunun diametri bəzi yerlərdə 10-15 mm olub.
Qeyd edək ki, hazırda bölgədə qeyri-sabit hava şəraiti hökm sürür.
Tural Əhmədov





.jpg)








.jpg)









.jpg)















.jpg)
















