İranla müharibənin ən qızğın vaxtında İsrailin Baş naziri Binyamin Netanyahu gizli şəkildə BƏƏ-yə səfər edib. 

"Unikal" xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Bildirilib ki, Netanyahu BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla görüşüb.

Bu səfər İsrail və BƏƏ arasındakı münasibətlərdə tarixi bir irəliləyiş kimi qeyd edilib.

Lakin BƏƏ Netanyahunun İranla müharibə zamanı ölkəyə gizlicə səfər etməsi ilə bağlı məlumatları rəsmi olaraq təkzib edib.