2026-cı ilin yanvar-mart ayları ərzində 10 Azərbaycan vətəndaşı Ermənistana turist kimi səfər edib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Statistika Komitəsinin məlumatlarında deyilir.
Bildirilir ki, turistlər Ermənistanda orta hesabla 38 gün keçiriblər.
Qeyd etmək lazımdır ki, 2025-ci ildə Azərbaycan vətəndaşlarının Ermənistana səfəri qeydə alınmayıb.
Xatırladaq ki, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri bu ilin fevral ayında Ermənistana səfər ediblər. Ermənistan mediası ehtimal edir ki, turistlərin elə həmin nümayəndələr olması da mümkündür. Lakin onların ölkədə qalma müddətinin 38 gün olması suallar doğurur.
Onu da əlavə edək ki, bu ilin yanvar-mart ayları ərzində Türkiyədən Ermənistana 3025 turist gəlib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 24% artımdır. Həmin dövrdə ölkəyə 2422 turist səfər edib.


















































.jpg)




.jpg)
