Türkiyənin "Fənərbağça" klubu dünya futbolunun ulduzu Məhəmməd Salahı heyətinə qatmaq üçün hərəkətə keçib.

"Unikal" xəbər verir ki, "El Fagr" nəşrinin yaydığı məlumata görə, "sarı-lacivərdlilər" misirli hücumçuya illik 20 milyon avro olmaqla, 3 illik müqavilə təklif edib.

Ümumi dəyəri 60 milyon avro olan bu təklif Türkiyə futbol tarixi üçün rekord göstərici hesab oluna bilər. Cari mövsümdə "Liverpul" forması ilə Premyer Liqada yüksək məhsuldarlıq nümayiş etdirən 33 yaşlı forvardın bu təklifə verəcəyi cavab maraqla gözlənilir.

Qeyd edək ki, Salahın "mersisaydlılar"la hazırkı sözləşməsi 2025-ci ilin yayında başa çatır.