Əməkdar jurnalist, ATV prezidentinin müşaviri Səadət Məmmədova "Bolmart" mağazasından aldığı qarabaşaq çörəyində şübhəli ləkələr və kif aşkar etdiyini bildirib.
"Unikal" xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, dünən axşam "Bolmart" mağazasından N1 markasının istehsalı olan qarabaşaq çörəyi alıb:
"Ucuz da deyil, bu çörək 3 manata satılır .Qlüten həssaslığıma görə adətən belə çörəklər yeyirəm. Səhər bir dilim yedim, ikincini götürəndə üzərində ağ ləkə gördüm, elə bildim undur. Silkələdim getmədi. Əlimi vurdum, yoxladım, gördüm ki, bu nəsə ayrı şeydir. Çörəyin üzərinə yapışmış bu açıq çəhrayımtıl rəngli ləkənin qoxusu daha çox divar boyasına - emulsiyaya bənzədi. Bəlkə də kif növüdür, anlamadım. 3 dilim bu vəziyyətdə idi. Alt dilimlərə baxdıqca adi kif gördüm. Bir sözlə bu çörək köhnə idi. Amma boya ləkəsi ehtimal etdiyim ağ ləkə necə olub ki, çörəyə tökülüb? Bu çörəklər hansı şəraitdə istehsal olunur?"




.jpg)












































