Üçqat Avropa çempionu, Avropa rekordçusu və dünyanın ən güclü idmançılarından biri olmuş Rüstəm İmanzadənin köməyə ehtiyacı var.
"Unikal" xəbər verir ki, Moskvada uzun müddətdir müalicə alan atlet problemlə üzləşib. Belə ki, müalicəsinin davam etməsi üçün xəstəxanada qalmalı olan Rüstəm Rusiya DİN-lə bağlı yaranmış problem səbəbindən qeydiyyata düşə bilmir.
"Burada tək qalmışam və vəziyyəti özüm həll etməkdə çox çətinlik çəkirəm. Bu videoda hər şeyi ətraflı izah etmişəm. Azərbaycan Xarici İşlər Nazirliyindən və Moskvadakı Azərbaycan səfirliyindən xahiş edirəm ki, məsələmə diqqət ayırsın və mənə dəstək olsunlar", - deyə idmançı qeyd edib.


















































.jpg)




.jpg)
