Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 18-də Qırğızıstana səfərə gedib.

"Unikal" xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, Bişkek şəhərinin Manas Beynəlxalq Hava Limanında Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyətini Qırğızıstan parlamentinin sədr müavini Jıldız Taalaybek qızı, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, TÜRKPA-nın Baş katibi Ramil Həsən və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədrinin bir sıra görüşlər keçirməsi və TÜRKPA-nın 15-ci plenar iclasında iştirakı nəzərdə tutulub.