82 yaşlı aktrisa Nebahat Çehre sağlam və gənc görünüşünü əks etdirən həyat tərzi vərdişlərindən danışıb.

"Unikal" xəbər verir ki, gözəlliyin sağlamlıqdan qaynaqlandığını deyən Çehre qidalanmanın, qısa istirahət fasilələrinin və dinc həyatın vacibliyini vurğulayıb.

Sağlıqlı qidalanmaya üstünlük verdiyini deyən Çehre, gündəlik həyatında istirahət üçün də vaxt ayırır. Aktrisa gün ərzində qısa 15 dəqiqəlik yuxunun ona fayda verdiyini söyləyib.  

Çehrənin sağlam həyat tərzi ilə bağlı tövsiyələrindəki digər əsas məqam dinc həyatdır. Aktrisa stress, gərginlik və münaqişələrdən qaçmağa çalışdığını bildirib və sakit həyat sürməyin onun üçün vacib olduğunu əlavə edib.

Sosial münasibətlərin də həyatında mühüm rol oynadığını deyən Nebahat Çehre, dostluqla bağlı "Yaxşı dostlar dərman kimidir" ifadəsini işlədib. Etibar edə biləcəyi dostlarının olmasından məmnunluğunu bölüşən aktrisa, sağlam həyata yanaşmasının yalnız qidalanma və istirahətlə məhdudlaşmadığını bildirib.