Abşeron rayonunun Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində yanğın baş verib.
“Unikal” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə barədə “112” qaynar telefon xəttinə məlumat daxil olduqdan dərhal sonra əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb, daha sonra tam söndürülüb. Alovun yaxınlıqdakı yaşayış binalarına və obyektlərə yayılmasının qarşısı alınıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.


































.webp)





















