Əfqanıstan qüvvələrinin Pakistan mövqelərinə atəş açmasından sonra Pakistan-Əfqanıstan sərhədində silahlı toqquşmalar baş verib.
"Unikal" xəbər verir ki, bu barədə "Geo News" saytı məlumat yayıb.
Nəşrin məlumatına görə, atışma Pakistanın Xayber Paxtunxva əyalətinin Yuxarı Kurram rayonunun Taida və Qosqarhi sərhəd bölgələrində baş verib.
Pakistan ordusu Əfqanıstan Talibanının Topser sərhəd məntəqəsinə və Şipola baza düşərgəsinə zərbələr endirməklə cavab verib. "Geo News" mənbələrinə görə, toqquşmalarda bir neçə əfqan əsgəri həlak olub və Şipola baza düşərgəsi dağıdılıb. Pakistanın qisasından sonra Əfqanıstan Taliban əsgərlərinin sərhəd məntəqələrindən birini tərk etdiyi bildirilir.
Məlumata görə, itkilər və ya toqquşmanın səbəbləri barədə müstəqil təsdiq yoxdur. Nəşr Əfqanıstanın rəsmi mövqeyini təqdim etmir.
Hadisə İslamabad və Kabil arasında davam edən gərginlik fonunda baş verib. Pakistan dəfələrlə Əfqanıstan hakimiyyətini silahlı qrupların Pakistan ərazisinə hücum etməsinin qarşısını ala bilməməkdə günahlandırıb. Əfqanıstan və Pakistan hakimiyyəti ortaq sərhədləri boyunca təhlükəsizlik məsələləri ilə bağlı fikir ayrılığına davam edir.








.webp)








































.jpeg)






