İran ABŞ ilə danışıqlara hazırdır, lakin təzyiq altında suveren hüquqlarından imtina etmək niyyətində deyil.
"Unikal" "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Bağdadda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci sessiyasında çıxışı zamanı bildirib.
Əraqçinin sözlərinə görə, Tehran diplomatik həllə hazırdır, lakin danışıqların bərpası üçün qarşılıqlı hörmət və hərbi əməliyyatların təkrarlanmayacağına dair etibarlı zəmanətlər vacibdir.
O, ABŞ və İsraili İrana qarşı təcavüzdə günahlandırdı və əvvəlki danışıqlar cəhdlərinin dəfələrlə hərbi əməliyyatlara yol verdiyini söylədi.




















.webp)



































