"Barselona" (Barcelona) La Liqanın 9-cu turunda səfərdə "Betis"i 5:2 hesabı ilə məğlub edərək qələbə seriyasını davam etdirib.
"Unikal" xəbər verir ki, kataloniyalılar İspaniya çempionatında doqquz oyunda maksimum - 27 xal qazanıblar.
"Opta"-nın hesablamasına görə, La Liqa tarixində mövsümə yalnız bir komanda 9 qələbə ilə başlayıb. Həmin komanda 1968/1969 mövsümündə "Real Madrid" olub. Əlli səkkiz il sonra "Barselona" bu uğuru təkrarlayıb.
Qol vurma baxımından, "Barselona"nın ilk 9 matçda vurduğu 39 qol 1940/41 mövsümündən bəri ən yaxşı nəticəsidir. O vaxt "Sevilya" (Sevilla) 9 matçda 42 dəfə fərqlənib.
"Barselona" La Liqanın növbəti turunda "Real Madrid"i qəbul edəcək. "El-Klasiko" 25 oktyabda keçiriləcək.











 (1).jpeg)






.png)


























.webp)


