ABŞ dövlət katibi Marko Rubio Ukraynadakı müharibə ilə bağlı Rusiya ilə danışıqların davam etdiyini bildirib və "heç kimin müharibədə qalib gəlmədiyini" vurğulayıb.

"Unikal"ın məlumatına görə, Rubio jurnalistlərə bildirib ki, "Ukraynada müharibədə heç kim qalib gəlmir. İnsanlar hər gün ölür. Hər gün nəsə partladılır və məhv edilir. Tramp davam edən danışıqların uğurlu olub-olmadığını görmək istədiyi üçün sanksiyaları 60 gün müddətinə dayandırıb".

Putinin sülh danışıqlarına açıq olduğuna dair hər hansı bir dəlil olub-olmadığı soruşulduqda, Rubio "Bu, cinayət işi deyil" cavabını verib. 

Dövlət katibi qeyd edib ki, "Bu, diplomatiya ilə bağlıdır. Diplomatiya sınaqdan keçirilməyə davam etməlidir".

O əlavə edib ki, Ukraynadakı müharibəyə səbəb olan və bu günə qədər aktuallığını qoruyan amilləri həll etmək asan deyil, lakin Vaşinqton diplomatik səylərini davam etdirəcək.